08 iyul 2026, 13:45
Mahmudavar kənd sakinlərindən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Azərbaycanın müasir dövlətçiliyinin banisi ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı kimi Sizi salamlayır və alqışlayırıq.
Doğma Azərbaycanımızın şəhər, rayon və ucqar kəndlərində aparılan quruculuq işləri hamımızı fərəhləndirir. Yaşadığımız kəndi də əhatə edən Mahmudavar-Molalan avtomobil yoluna asfalt çəkilməsi həmkəndlilərimizi çox sevindirdi.
Kəndimizin sakinləri adından görülən işlərə görə təşəkkür edir, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Babayev Vəkil,
Əliyev Ağarza,
Babayev Əfqan,
Həsənov Elşən,
Məmmədov Şaban,
Ağayev Kamaləddin.
Azərbaycan Respublikası, Masallı rayonu, Mahmudavar kəndi