08 iyul 2026, 11:25

Pərviz Məmişovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri və Sizinlə keçirdiyi birgə mətbuat konfransında səsləndirilən fikirlər ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun növbəti təsdiqi oldu. Verilən mesajlar bir daha göstərdi ki, Azərbaycan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında aparıcı rol oynayan dövlətdir.

Xüsusilə, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması regionun gələcəyi baxımından tarixi əhəmiyyət daşıyan hadisə olmaqla Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu.

Sizin də qeyd etdiyiniz kimi, bu gün bölgədə de-fakto sülh hökm sürür. Avropa Komissiyasının Prezidenti bu mühüm nailiyyəti yüksək qiymətləndirərək Azərbaycanı təbrik etdi və əldə olunan nəticələri son onilliklərin ən əhəmiyyətli hadisələrindən biri kimi dəyərləndirdi. O vurğuladı ki, Azərbaycanın təşəbbüsləri regionda sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə və ortaq rifahın təmin olunmasına xidmət edir.

Avropa İttifaqının bu prosesi qətiyyətlə dəstəklədiyini bəyan etməsi Azərbaycanın həyata keçirdiyi sülh siyasətinə beynəlxalq etimadın və hörmətin göstəricisidir. Bu yanaşma ölkəmizin regionun gələcəyinin formalaşdırılmasında oynadığı mühüm rolu bir daha təsdiq edir.

Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığın daha da genişlənməsi Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, iqtisadi əməkdaşlığın inkişafına və region xalqlarının rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Azərbaycan xalqı Sizinlə qürur duyur və Sizin rəhbərliyiniz altında dövlətimizin bundan sonra da yeni uğurlara imza atacağına inanır.

Sizə möhkəm cansağlığı, uzun ömür, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Allah Sizi qorusun, cənab Prezident!

Ulu Tanrı Sizi və ailənizi qorusun!

 

Hörmətlə,

Məmişov Pərviz, jurnalist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri