07 iyul 2026, 19:30

Baba Balakişiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Hazırda Sizin siyasətiniz nəticəsində Azərbaycan dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Bu isə Sizin uğurlu siyasətinizin nəticəsində baş vermişdir.

Şəhid ailələri xüsusi qayğı ilə əhatə olunub. Onların sosial təminatını artırmaq, onların sosial təminatını artırmaq, onların yaşayış şəraitini yaxşılaşdırmaq üçün nə lazımdırsa edilir.

Qardaşım şəhid Xəyal Balakişiyevin xidmətlərini yüksək qiymətləndirərək 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün ailəmiz adından sonsuz minnətdaram.

Bu təltif Vətən müharibəsi şəhidlərinin fədakarlığına verilən ali dəyərdir.

Sizə uzun ömür, cansağlığı və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Tanrı Sizi qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə, Balakişiyev Baba Müseyib oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri