07 iyul 2026, 15:06
Barat Paşayevdən, Göygöl, Azərbaycan
Möhtərəm cənab Prezident!
Dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi və davamlı inkişafı naminə həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Ölkəmizin tərəqqisi, milli maraqların qətiyyətlə qorunması, genişmiqyaslı quruculuq işləri və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində gördüyünüz işlər hər bir azərbaycanlıda qürur hissi yaradır.
Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, Azərbaycan naminə həyata keçirdiyiniz bütün təşəbbüslərin daim uğurla nəticələnməsini diləyirik.
Dərin hörmət və ehtiramla,
Paşayev Barat
Azərbaycan Respublikası, Göygöl rayonu