06 iyul 2026, 16:55

Elçin Abbasovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin çoxşaxəli fəaliyyətinizdə şəhid ailələrinə xüsusi yer tutur. Bu kateqoriyadan olan şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət fəaliyyətinizin əsasını təşkil edir.

Şəhid atası kimi əhatə olunduğumuz nəvaziş, diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Oğlum – şəhid Nemət Abbasovun Sizin Sərəncamınızla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Bu diqqətə görə də ailə üzvlərim adından minnətdarlığımızı bildirirəm.

Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi istiqamətində həyata keçirdiyiniz səmərəli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

 

Hörmətlə,

Abbasov Elçin Xanoğlan oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri