02 iyul 2026, 14:33

Fərzi Əkbərovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq etdiyiniz Dövlət Proqramı ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsinə və rəqabət qabiliyyətliliyin artırılmasına mühüm töhfə verəcəkdir.

Kənd təsərrüfatı məhsullarının emalı sahəsində qəbul etdiyiniz Dövlət Proqramı regionlarda istehsalın dəyərini artırır və ixrac imkanlarını genişləndirir. Müasir emal müəssisələrinin qurulması kənd təsərrüfatı məhsullarının keyfiyyətini yüksəldir, fermerlərə əlavə gəlir mənbələri yaradır.

Bu siyasət kənd yerlərində iqtisadi sabitliyi möhkəmləndirir və dayanıqlı inkişaf üçün yeni perspektivlər açır.

Göstərdiyiniz diqqətə görə bütün fermerlər adından Sizə minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Əkbərov Fərzi, fermer

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Ağbulaq kəndi.