02 iyul 2026, 16:54

Şamməd Rəfiyevdən, Abşeron, Azərbaycan

Cənab Prezident,

Dövlətimiz tərəfindən şəhid ailələrinə şamil edilən güzəşt və imtiyazlar, xüsusilə də mənzil, məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən məqsədyönlü işlər Sizin nə qədər qayğıkeş, xalqına xidmət edən bir Lider olduğunuzu sübut edir.

Mən şəhid atasıyam. Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşması üçün görülən işlərlə yanaşı onların xatirəsinə ehtiram göstərilməsi bizi daim qürurlandırır.

Oğlum – şəhid Əbdülrza Rəfibəylinin xatirəsinə göstərdiyiniz yüksək ehtirama və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sizə sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Rəfiyev Şamməd

Azərbaycan Respublikası, Abşeron rayonu, Digah qəsəbəsi