01 iyul 2026, 14:30

Müşfiq Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında” 2026-cı il 25 iyun tarixli Sərəncamınız bizə növbəti təsəlli oldu. Mənim şəhid oğlumun adı da bu sərəncamda öz əksini tapmışdır.

Əziz Prezidentimiz, şəhid oğlumu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Müşfiq Məmmədov,

şəhid atası

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.