01 iyul 2026, 17:01
Vüsalə Musayeva və başqalarından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Şəhid övladlarımızın 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın göstərdiyi igidliyin yüksək mükafatla qiymətləndirilməsi bizim üçün böyük qürurdur. Bu ali təltif şəhidlərimizin əziz xatirəsinə verilən yüksək dəyərin, ehtiramın bariz nümunəsidir.
Sizə bir daha təşəkkür edir, ali dövləti fəaliyyətinizdə uğurlar, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Vüsalə Musayeva,
Kifayət Əliyeva,
Şölə Vahabova
şəhid anaları
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.