01 iyul 2026, 12:00
Şəhid anasından, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident,
Vətən uğrunda şəhidlik zirvəsinə ucalan övladım, tibb xidməti leytenantı Mirlətif Ağayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə,təltif edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Övladımın göstərdiyi qəhrəmanlığın dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün böyük təsəlli və qürur mənbəyidir. Onun əziz xatirəsinə göstərilən ehtiramı heç zaman unutmayacağıq.
Allah şəhidlərimizə rəhmət eləsin, dövlətimizi və xalqımızı qorusun.
Hörmətlə,
Ağayeva Təyibə Abdulla qızı,
şəhid anası
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.