Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan
Cənab Prezident,
Şuşa şəhəri növbəti tarixi və rəmzi hadisəyə ev sahibliyi etdi. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində qədim Qarabağ torpağına, xüsusilə Şuşa şəhərinə səfəri və burada uşaqlarla keçirilən səmimi görüş böyük maraqla qarşılandı. Sizin və ali qonağın Şuşada uşaqlarla səmimi ünsiyyət qurmağınız Azərbaycan ilə Türkmənistan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə gələcək nəslə göstərilən diqqət və qayğının da ifadəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri nəticəsində Qarabağ yenidən dirçəlir, doğma sakinlərini qarşılayır və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Şuşada keçirilən bu görüş də bölgənin inkişafının, sabitliyinin və gələcəyə inamın rəmzi kimi yadda qalır.
Uca Allah dövlətimizi və xalqımızı qorusun, Ordumuza daim güc və qüvvət versin. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Müzəffər Ali Baş Komandan, Sizə təşəkkürümüz və ehtiramımız sonsuzdur!
Hörmətlə,
Əzim Niftiyev
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.