Ağaməmməd Ağayev, İsmayıllı, Azərbaycan
Cənab Prezident,
Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair təsdiq etdiyiniz Dövlət Proqramı kənd təsərrüfatının diversifikasiyası üçün mühüm addımdır. 2026−2030-cu illəri əhatə edən bu proqramın uğurla icra ediləcəyinə və ölkəmizdə aqrar sahənin inkişafında yeni mərhələ olacağına inanırıq.
Müasir emal müəssisələri və yeni texnologiyalar regionlarda iqtisadi fəallığı artırır, kənd əhalisi üçün əlavə gəlir mənbələri yaradır. Dövlətimizin aqrar sahəyə qayğısı, diqqəti çox böyükdür. Bu sahədə çalışan bir fermer kimi bu diqqəti daha yaxından görürəm.
Fermerlər olaraq uğurlu aqrar siyasəti dayanıqlı inkişafın təməli kimi görür, Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ağayev Ağaməmməd,
fermer
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Cülyan kəndi.