Mikayıl Səlimovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bu gün hər bir azərbaycanlı böyük qürur hissi ilə qeyd edir ki, Azərbaycan Ordusu Sizin rəhbərliyiniz altında dünyanın ən güclü və peşəkar orduları sırasında layiqli yer tutmuşdur. Son illər ərzində ordumuzun döyüş hazırlığının artırılması, maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması və ən müasir texnologiyalarla təchiz olunması istiqamətində həyata keçirilən mühüm tədbirlər dövlətimizin müdafiə qüdrətini misilsiz dərəcədə artırmışdır. Sizin uzaqgörən siyasətiniz, qətiyyətli liderliyiniz və xalqla daim bir yerdə olmağınız Azərbaycanı regionun aparıcı dövlətinə çevirmişdir. Bu gün ölkəmiz beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin əldə etdiyi bütün uğurların əsasında xalqa xidmət prinsipi, milli maraqların qətiyyətlə müdafiəsi və Azərbaycanın gələcəyinə hesablanmış strateji baxış dayanır.
Azərbaycan xalqı heç vaxt unutmayacaq ki, məhz Sizin rəhbərliyinizlə dövlətimizin qarşısında duran ən mühüm vəzifələr uğurla yerinə yetirilmiş, xalqımızın milli qüruru və ləyaqəti ən yüksək səviyyədə təmin olunmuşdur. Bu gün qalib Azərbaycan Ordusu, güclü Azərbaycan dövləti və milli həmrəylik ölkəmizin ən böyük sərvətidir. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan gəncliyinə göstərdiyiniz diqqət və qayğı hər bir gəncin həyatında mühüm rol oynayır. Gənclərin vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərə bağlı və dövlətinə sədaqətli vətəndaşlar kimi yetişməsi istiqamətində həyata keçirilən siyasət gələcəyimizin daha da parlaq olacağına böyük inam yaradır. Gənclər Sizin fəaliyyətinizdən ilham alır, Azərbaycanın inkişafına töhfə verməyi özlərinin ən vacib vəzifələrindən biri hesab edirlər.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinə olan inamımız daha da möhkəmlənir. Hər bir vətəndaş kimi mən də ölkəmizin qazandığı uğurlardan böyük qürur duyur, dövlətimizin inkişafı və tərəqqisi naminə göstərdiyiniz xidmətlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Uca Allah Sizi və ailənizi qorusun, Azərbaycan dövlətini daim qüdrətli etsin, Ordumuzun gücünü və şöhrətini daha da artırsın!
Dərin hörmət və ehtiramla,
Mikayıl Səlimov
Azərbaycan Respublikası, Bakı şəhəri.