29 iyun 2026, 14:05

İsmixan Pirişovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, bir zabit olaraq, dövlətimizə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi qulluqçulara göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, hərbi sahəyə ayırdığınız xüsusi diqqət, əsgər və zabit heyətinə göstərdiyiniz etimad, ordu quruculuğu sahəsində gördüyünüz misilsiz işlər öz səmərəsini və nəticəsini 44 günlük Vətən müharibəsində göstərdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü və qalib ordularından biridir.

Sizə möhkəm cansağlığı, ali dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

İsmixan Pirişov

Azərbaycan Respublikası, Astara şəhəri.