25 iyun 2026, 14:44

Fuad Ağamalıyevdən, İsmayıllı, Azərbaycan

Hörmətli Prezident cənab İlham Əliyev,

Sizin apardığınız praqmatik siyasətin müsbət nəticələrni xalqımız görür və yüksək qiymətləndirir. Sizin səfərlərinizi, çıxışlarınızı izləyir, hər zaman Sizi dəstəkləyirik.

Sizin rəhbərliyiniz dövründə Azərbaycan sürətlə inkişaf etməkdədir. Bu inkişaf özünü hər bir sahədə, hər bir şəhər və rayonda göstərir. Bizim rayon da bu cərgədədir. Yeni-yeni istehsal müəssisələrin açılması, aqrar sahəyə dəstəyin göstərilməsi sənaye və kənd təsərrüfatı məhsullarının artımına səbəb olmuş, ümumilikdə əhalinin güzəranıın yaxşılaşmasına gətirib çıxarmışdır.

Cənab Prezident, su ehtiyatlarının səmərəli istifadəsinə dair qəbul etdiyiniz Milli Strategiya kənd təsərrüfatında dayanıqlı inkişafın əsasını qoyur. Yeni suvarma texnologiyalarının tətbiqi məhsuldarlığı artırır, torpaqların münbitliyini qoruyur və kənd yerlərində ekoloji tarazlığı möhkəmləndirir. Fermerlər olaraq biz bu siyasəti gələcək nəsillərin sağlam mühitdə yaşaması üçün mühüm addım hesab edir, göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Fuad Ağamalıyev

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Mücühəftəran kəndi.