Tural Seyidzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər xalqımızda böyük məmnunluq yaratmışdır. Həyata keçirilən ardıcıl və məqsədəyönlü dövlət siyasəti nəticəsində Azərbaycan sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuş, abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Şəhər və rayonların infrastrukturunun yenilənməsi, yolların əsaslı təmiri və inşası, yeni istehsal və xidmət müəssisələrinin açılışı əhalinin rifah halının yüksəlməsinə, məşğulluğun artırılmasına, ölkəmizin ümumi inkişafına mühüm töhfələr vermiş, gələcəyə olan inamımızı daha da yüksəltmişdir.
Mən, dövlətimizin inkişafı, suverenliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz siyasətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Uca Allah Sizi qorusun.
Hörmətlə,
Tural Seyidzadə
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.