24 iyun 2026, 18:55

Hacıkənd qəsəbə sakinlərindən, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Qəsəbəmizin ən böyük problemi sayılan kanalizasiya sisteminin və vahid su şəbəkəsinin olmaması daim sakinləri narahat edirdi. Sizin xüsusi diqqət və qayğınız sayəsində qəsəbəmizdə bu işlərin görülməsi üçün vəsait ayrılıb və icrası başlanılıb. Sakinlərin sevincinə səbəb olan bu işlərə görə Sizə təşəkkür edirik.

Qəsəbəmizdə, həmçinin Gəncədə həyata keçirilən yenidənqurma layihələri tikinti-quruculuq, abadlıq işləri ilə yekunlaşmır. Şəhər əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə, infrastruktur və kommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün gərəkli tədbirlər görülür.

Qəsəbəmizin sakinləri xalqın sosial rifahını təmin etmək üçün gördüyünüz işlərə görə Sizə ürəkdən təşəkkür edir, bu ölkədə, Sizin rəhbərliyiniz altında yaşadığımız üçün özümüzü şanslı insanlar hesab edir, Allahdan Sizə və ölkənin rifahı naminə səylərinizə görə lütf və mərhəmət diləyirik.

Hər şeyə görə, çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Bayramov Ramil,

Məsimova Midvari,

Zeynalov Emin,

Rüstəmova Ceyhunə,

Məmmədov Arif.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi.