“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

25 iyun 2026, 14:11

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 376-VIIQD və 17 mart tarixli 381-VIIQD nömrəli qanunları) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“11-1. Hərbi qulluqçuların hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12; Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 381-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.16-cı maddə əlavə edilsin:

“2.0.16. şəxsi jeton – həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.”;

2.2. aşağıdakı məzmunda 9.4-cü və 35-1-ci maddələr əlavə edilsin:

“9.4. Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;

“Maddə 35-1. Hərbi qulluqçuların şəxsi jetonu

Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2026-cı il

SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:08
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599...

17 avqust 2026, 12:08
SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:07
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti...

17 avqust 2026, 12:07
SƏNƏDLƏR Qanunlar 17 avqust 2026
12:06
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

17 avqust 2026, 12:06
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:04
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin...

17 avqust 2026, 12:04
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:03
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant”...

17 avqust 2026, 12:03
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:48
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...

14 avqust 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:46
“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

14 avqust 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:45
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:45