Hümbət Hüseynov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin uzaqgörən və məqsədyönlü siyasətiniz nəticəsində Azərbaycan sürətlə inkişaf etmiş, dövlətimizin qüdrəti artmış, beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün Odlar Yurdu dünyada qalib ölkə kimi tanınır, etibarlı tərəfdaş və yaxşı təşkilatçı kimi qəbul edilir. Qazanılan uğurlar bizim doğma Gəncə şəhərini də əhatə edir. Gəncə şəhərinin 2025-ci ildə MDB-nin idman paytaxtı elan edilməsi və III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinin, eləcə də yarışların əsas hissəsinin şəhərimizdə keçirilməsi Gəncənin adını daha da ucaltmışdır.
Şəhərimizdə aparılan abadlıq-quruculuq və bərpa-təmir işləri, o cümlədən su-kanalizasiya sisteminin yenilənməsi sakinlərdə razılıq hissi doğurmuşdur. Bu günlərdə daha bir xoş xəbər almışıq. Gəncənin Hacıkənd qəsəbəsində su xəttinin çəkilməsi və kanalizasiya sisteminin qurulması və lazımi vəsait ayrılması ilə əlaqədar tapşırıq verilmişdir.
Cənab Prezident, bütün bunlara görə qəsəbəmizin sakinləri adından Sizə sonsuz minnətdarlığımızı bildirir, uzun ömür və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Hümbət Hüseynov,
Aydın Məmmədov,
Dilbər Məmmədova,
Tahir Çobanov,
Sədaqət Ələsgərova
Azərbaycan Respublikası, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi.