24 iyun 2026, 15:30

Fizuli Cahangirovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə Qərbi Azərbaycan torpaqlarına qayıdış çərçivəsində həyata keçirilən mühüm tədbirlər, atılan məqsədyönlü addımlar, görülən genişmiqyaslı işlər hər birimizi qürurlandırır. Bu gün bölgələrimizdə Qərbi Azərbaycan irsinin təbliği, yaşadılması, bu zəngin irsin gənclərə ötürülməsi məqsədilə böyük tədbirlər keçirilir. İnanırıq ki, bu cür tədbirlər, eyni zamanda rayonumuzda keçirilən “Qərbi Azərbaycan İrsi – tarixi köklərə qayıdış” adlı möhtəşəm festival xalqımızın bu amal uğrunda birliyini daha da möhkəmləndirəcək, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə verəcəkdir.

Biz Sizin siyasətinizi dəstəkləyirik, öz doğma yurd-yuvamıza qayıdacağımıza inanırıq və həmin günü səbirsizliklə gözləyirik.

Ulu Tanrı Sizi və xalqımızı qorusun.

Dərin hörmətlə,

Qərbi Azərbaycan əsilli Fizuli Cahangirov

Azərbaycan Respublikası, Göygöl şəhəri