İlkin Rəhimovdan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Siz, ilk dəfə, Azərbaycan Respublikasının Prezidenti seçiləndə – 2003-cü ildə mənim on yeddi yaşım var idi, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi idim. Bu gün qırx yaşım vardır. Başqa sözlə, özümü anlayandan – elə həmin illərdən bu yana Sizin çıxışlarınızı dinləmişəm, xarici və daxili səfərlərinizi izləmişəm və bu gün də həmin ənənəmi davam etdirirəm.
Sizin zəkanızla, inam və xarizmanızla xalqın gücünün sintezi bütün uğurlarınızın kökü və təməlidirsə, məhsulu da “dəmir yumruq” kimi uğurlarımız, əzəməti isə yeni tikilən şəhərlərimiz, kəndlərimiz, günü-gündən artan iqtisadi, siyasi, hərbi gücümüz, qüdrətimiz, rifahımızdır. İndi biz nəinki regionda, hətta bütün dünyada söz sahibi olan dövlət başçısı – Azərbaycan Respublikasının Prezidenti ilə fəxr edirik.
Dövlət başçısı vəzifəsinə gəldiyiniz ilk gündən apardığınız uğurlu siyasət, tikinti-quruculuq işləri, ilk gündən başlatdığınız struktur dəyişiklikləri, islahatlar göz oxşayır. Bu gün respublikamızın elə bir sahəsi yoxdur ki, orada Sizin təqdirəlayiq dəst-xəttiniz görünməsin, orada inkişaf, yenilik və müsbət dinamika hiss edilməsin.
Çox hörmətli cənab Prezident!
Yuxarıda qeyd etdiklərimlə əlaqədar Sizə həm öz adımdan, həm də mənimlə həmrəy olan milyonlarla Azərbaycan vətəndaşı adından minnətdarlığımızı bildirir, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının, dövlətçilik siyasətinin davam etdirilməsi, respublikamızda qazanılmış nailiyyətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi, eləcə də ədalətli və humanist qərarlarınız sayəsində xalqımızın xoş gələcəyi və gündən-günə yüksələn rifahı naminə Sizə möhkəm cansağlığı, faydalı, mənalı və səadətlə dolu uzun ömür arzulayıram!
Sizə böyük sayğı və ehtiramla,
İlkin Rəhimov
Azərbaycan Respublikası, Bakı şəhəri.