23 iyun 2026, 15:54

Ruslan Şıxıyevdən, Ucar, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev!

Mən, təhsil işçisi və Vətən müharibəsi iştirakçısı kimi, Sizə səmimi təşəkkürümü bildirirəm. Ölkəmizin sürətli inkişafı, təhsilə göstərilən diqqət və qayğı, eləcə də müharibə iştirakçılarına verilən yüksək dəyər üçün Sizə qəlbən minnətdaram.

Sizin “Dəmir yumruğ”unuzun işə düşməsi və şanlı Ordumuzun şücaəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi qələbə, habelə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən uğurlu antiterror əməliyyatı həm xalqımızın tarixinə qızıl hərflərlə yazıldı, həm də regional sülhün və təhlükəsizliyin təminində mühüm rol oynadı. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi tarixi nailiyyətdir. İndi, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən əsas vəzifə Zəfər ruhunu yaşatmaq, mənsubiyyətindən asılı olmayaraq Vətənə, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməkdir.

Sizin rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi uğurlar hər bir vətəndaş kimi məni də qürurlandırır. Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Ruslan Şıxıyev

Azərbaycan Respublikası, Ucar rayonu, Qazıqumlaq kəndi.