19 iyun 2026, 18:11

Kənan Şahmarlıdan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin uzaqgörən və balanslaşdırılmış xarici siyasətiniz sayəsində Azərbaycanın regional müharibələrdən kənarda qalması, ölkəmizdə sabitliyin qorunması qürurvericidir. Rusiya-Ukrayna və ABŞ-İran gərginliyi kimi qlobal böhranlar fonunda milli maraqlarımızı qoruyaraq, dövlətimizi münaqişələrdən uzaq tutmağınız müdrik liderliyinizin sübutudur.

Xalqımıza bəxş etdiyiniz əmin-amanlıq, təhlükəsizlik və müstəqil siyasi iradə üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Kənan Şahmarlı

Azərbaycan Respublikası, Lerik rayonu, Züvüc kəndi.