19 iyun 2026, 15:55

Daşqın Cəbiyevdən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Heç kimə sirr deyildir ki, hazırda dünyada mövcud olan əsas qlobal problemlərdən biri də su çatışmazlığıdır. İstər içməli suya, istərsə də suvarma suyuna olan tələbatın artması və su ehtiyatlarının azalması bəşəriyyəti ciddi sınaq qarşısında qoymuşdur.

Sizin sərəncamınızla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” ölkəmizdə su ehtiyatlarının daha səmərəli idarə olunmasına, meliorasiya və su təsərrüfatının inkişafına mühüm töhfə verəcəkdir. Gənc mühəndis-meliorator kimi bu strateji qərara görə Sizə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Cəbiyev Daşqın Elçin oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Şorsulu kəndi.