“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

19 iyun 2026, 13:07

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1.2-ci və 10.7-ci maddələr ləğv edilsin;

1.2. 12-ci maddə üzrə:

1.2.1. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir:

12.1.1. aylıq vəzifə maaşı;

12.1.2. diplomatik rütbəyə görə əlavə haqq;

12.1.3. təmsilçiliyə görə əlavə haqq;

12.1.4. xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq;

12.1.5. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.).”;

1.2.2. 12.2-ci maddədə “vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələr” sözləri “aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri” sözləri ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmunda 12.2-1 – 12.2-6-cı maddələr əlavə edilsin:

“12.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və bu Qanunun 12.1.4-cü maddəsində müəyyən edilən əlavə haqq bu Qanuna və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4-cü maddəsində təsbit edilmiş şərtlərə uyğun müəyyən edilir.

12.2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilməyən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən asılı olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.

12.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən və diplomatik xidmət əməkdaşının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.4-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.

12.2-4. Diplomatik xidmət orqanı əməkdaşına dövlət büdcəsindən ödənilən dövlət məvacibi yalnız bu Qanunla müəyyən edilir.

12.2-5. Bu Qanunun 12.1.5-ci maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 (əlli) faizi məbləğində tətbiq edilir.

12.2-6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul həyata keçirilənədək diplomatik vəzifədə müvəqqəti işləyən işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin diplomatik vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 (əlli) faizi məbləğində müəyyən edilir.”;

1.2.4. 12.3-cü maddədə “, dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir” sözləri “müəyyən edilir” sözləri ilə əvəz edilsin;

1.3. 13-cü maddə üzrə:

1.3.1. 13.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

“13.14. Diplomatik xidmət orqanı əməkdaşının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 (altı) misli miqdarında birdəfəlik haqq verilir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.”;

1.3.2. aşağıdakı məzmunda 13.14-1-ci və 13.14-2-ci maddələr əlavə edilsin:

“13.14-1. Diplomatik xidmətə bu Qanunun 30.1.14-cü maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 (dörd) misli miqdarında müavinət ödənilir.

13.14-2. Diplomatik xidmətə bu Qanunun 30.1.3-1-ci maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 (üç) misli miqdarında müavinət ödənilir. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 (altmış) təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər.”;

1.4. 22.1-ci maddənin birinci cümləsində “Bu” sözü “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu” sözləri ilə əvəz edilsin;

1.5. 28-ci maddə üzrə:

1.5.1. 28.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 28.1.5 – 28.1.11-ci maddələr əlavə edilsin:

“28.1.5. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi işburaxma dövrü;

28.1.6. diplomatik vəzifənin və orta əməkhaqqının saxlanılması şərtilə diplomatik xidmətdən ayrılma dövrü;

28.1.7. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

28.1.8. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövrü;

28.1.9. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl diplomatik vəzifədə xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən diplomatik vəzifəyə təyin edilmiş diplomatik xidmət əməkdaşının müddətli həqiqi hərbi xidmətdə olduğu dövr;

28.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmək şərtilə beynəlxalq təşkilatın orqanında iş dövrü;

28.1.11. dövlət orqanının rəhbəri və rəhbərinin müavini vəzifələrində qulluq (xidmət) illəri.”;

1.5.2. aşağıdakı məzmunda 28.3-cü maddə əlavə edilsin:

“28.3. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hesablanır.”;

1.6. aşağıdakı məzmunda 30.1.3-1-ci maddə əlavə edilsin:

“30.1.3-1. müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda;”.

Maddə 2. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulan diplomatik xidmət əməkdaşlarına ödənilmiş aylıq vəzifə maaşı, əlavələr (diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə istisna olmaqla) və mükafat həmin əməkdaşların həmin Qanunun 12.2-1-ci maddəsinə əsasən müəyyən edilən aylıq vəzifə maaşlarına daxil edilir.

Maddə 3. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2026-cı il 

SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:08
“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599...

17 avqust 2026, 12:08
SƏNƏDLƏR Fərmanlar 17 avqust 2026
12:07
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti...

17 avqust 2026, 12:07
SƏNƏDLƏR Qanunlar 17 avqust 2026
12:06
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

17 avqust 2026, 12:06
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:04
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin...

17 avqust 2026, 12:04
SƏNƏDLƏR Sərəncamlar 17 avqust 2026
12:03
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-leytenant”...

17 avqust 2026, 12:03
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:48
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...

14 avqust 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:46
“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

14 avqust 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:45
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:45