19 iyun 2026, 14:00
Telman Çobanovdan, İsmayıllı, Azərbaycan
Cənab Prezident,
Respublikamızda kənd təsərrüfatına verdiyiniz önəm və qəbul etdiyiniz mühüm qərarlar, yürütdüyünüz uğurlu aqrar siyasət biz fermerlər üçün böyük dayaqdır, gələcək fəaliyyət üçün yaxşı stimuldur. Sizin diqqətiniz sayəsində torpaqlarımız daha məhsuldar, zəhmətimiz isə daha qiymətli olmuşdur.
Aqrar sahəyə göstərdiyiniz böyük qayğı biz fermerlərə güvən və ruh yüksəkliyi bəxş edir. Bu dəstəyinizə görə fermerlər adından Sizə dərin minnətdarlığımızı bildiririk. Biz də öz növbəmizdə kənd təsərrüfatının inkişafı naminə əzmlə çalışacağımızı vurğulayırıq.
Hörmətlə,
Telman Çobanov
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qubaxəlilli kəndi.