18 iyun 2026, 15:50

Əsgər Məmmədlidən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Mən, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu kimi, ölkəmizdə ali təhsil sahəsində yaradılan imkanlara görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Yaradılan bu əlverişli şərait gənclərin öz bilik və bacarıqlarını artırmasına, dövlətimizə faydalı və məsuliyyətli vətəndaş kimi formalaşmasına, ümumilikdə ölkəmizin gələcəyinə mühüm töhfə verir.

Sizə cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm, cənab Prezident.

Allah Sizi qorusun.

Dərin hörmətlə,

Əsgər Məmmədli

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.