İlham Aǧayevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizə bu məktubu sonsuz minnətdarlıq, böyük qürur və dərin ehtiram hissi ilə yazıram. Sizin qətiyyətli rəhbərliyiniz, dəmir iradəniz və xalqa bağlılığınız Azərbaycan xalqının qəlbində sarsılmaz inam və sonsuz rəğbət formalaşdırmışdır.
Bu gün hər bir azərbaycanlı güclü dövlətin və qüdrətli liderin himayəsində yaşamağın fəxrini hiss edir. Sizin rəhbərliyiniz altında Azərbaycan həm inkişaf edir, həm də tarix yazır. Dövlətimizin artan nüfuzu, xalqımızın rifahı, ölkəmizdə hökm sürən sabitlik və milli birlik Sizin uzaqgörən siyasətinizin və Vətənə sonsuz sevginizin nəticəsidir.
Xalqın dərdinə həssas yanaşmağınız, şəhid ailələrinə və qazilərimizə göstərdiyiniz diqqət, gənclərə verdiyiniz dəyər və Azərbaycanın gələcəyi naminə yorulmadan çalışmağınız hər bir vətəndaş üçün böyük ümid və güvən mənbəyidir. Siz, xalqın dayağı və milli qürurunun rəmzisiniz.
Sizin rəhbərliyiniz altında Azərbaycan xalqı başını dik tutur, gələcəyə inamla baxır və hər yeni günü daha böyük ümidlə qarşılayır. Bu böyük xidmətlərinizə görə Sizə ürəkdən təşəkkür edir, Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətinizdə daim zəfərlər arzulayıram. Qoy xalqın sevgisi və duaları daim Sizinlə olsun.
Dərin hörmət və sonsuz ehtiramla,
Aǧayev İlham Nazim oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.