17 iyun 2026, 17:57

Səbuhi Mahmudovdan, İsmayıllı, Azərbaycan

Cənab Prezident,

Aqrar sahəyə göstərdiyiniz diqqət və qəbul etdiyiniz mühüm qərarlar kənd təsərrüfatının inkişafına böyük təkan verir. Fermerlər olaraq biz bu qayğını dərin minnətdarlıqla qarşılayırıq.

Sizin siyasətiniz sayəsində torpaqlarımız daha məhsuldar, zəhmətimiz daha dəyərli olur. Göstərdiyiniz dəstək bizə güc verir və gələcəyə inamla baxmağımıza şərait yaradır.

Sizə fermerlər adından səmimi təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Səbuhi Mahmudov

"Moran Agro" Məhdud Məsuliyyətli Cəmiyyətin sədri

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.