17 iyun 2026, 17:00
Ülvi Muradovdan, Qobustan, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, Muradov Ülvi, universiteti yeni bitirmiş bir gənc kimi Sizə təşəkkürümü bildirmək istəyirəm.
Artıq neçə ildir uğurla həyata keçirilən məşğulluq proqramı vasitəsilə turizm sistemində işlə təmin olunmuşam. Bu, mənim üçün çox önəmli və sevindirici hadisədir. Gənclərin təhsil alması, iş tapması və gələcəyini qurması üçün yaratdığınız imkanlara görə minnətdaram.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Muradov Ülvi
Azərbaycan Respublikası, Qobustan şəhəri.