16 iyun 2026, 14:15
Atin Məmmədovdan, Bakı, Azərbaycan
Salam, hörmətli cənab Prezident!
Öncə Sizə sonsuz təşəkkürümüzü bildiririk. Biz – keçmiş məcburi köçkünlər Sizin sayənizdə çox çətin mübarizədən qalib ayrıldıq, himayənizdə yaşadıq və sonda öz doğma torpaqlarımıza qovuşduq. Bu işin dəyəri misilsizdir.
Sizin rəhbərliyiniz altında Qarabağda, Şərqi Zəngəzurda görülən quruculuq və bərpa işləri qəlbimizi riqqətə gətirir, bizə güc-qüvvət verir, gələcək üçün nikbinlik bəxş edir. Əminik ki, bu yerlər gələcəkdə daha gözəl, daha cəlbedici olacaq, xarici turistlərin sevimli məkanına çevriləcəkdir.
Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq, cənab Prezident.
Hörmətlə,
Atin Məmmədov
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.