Keçmiş məcburi köçkündən, Xocavənd, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz uzun illər məcburi köçkün həyatı yaşamışıq. Dövlətimizin qayğısı ilə əhatə edilmişdik və Qaradağ rayonunun “Qobu Park” yaşayış kompleksində mənzillə təmin olunmuşduq.
Neçə illər həsrətini çəkdiyimiz Qarabağ Sizin uzaqgörən siyasətiniz, qətiyyətli rəhbərliyiniz və Ordumuzun şücaəti nəticəsində düşmən tapdağından azad olundu. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri sevincimizə sevinc qatır. Bir vaxtlar viran qoyulmuş doğma yurd-yuvalarımız indi daha gözəl görkəm almaqdadır.
Biz ailəliklə Xocavənd rayonunun Xanoba kəndinə köçürüldük və evlə təmin olunduq. Bizi doğma torpaqlarımıza qovuşdurduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məcid Eyvazov,
Qarabağ müharibəsi veteranı, keçmiş məcburi köçkün
Azərbaycan Respublikası,Xocavənd rayonu, Xanoba kəndi.