09 iyun 2026, 19:00

Taleh Musayevdən, Şəki, Azərbaycan

Salam, Müzəffər Ali Baş Komandan!

Mən, Sizə çox dərin hörmət və məhəbbət bəsləyən, adınızı hər zaman uca tutan bir vətəndaşam. Allahdan Sizə hər zaman möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Mən fəxr edirəm ki, Azərbaycan kimi Vətənim, üçrəngli müqəddəs Bayrağım və Sizin kimi Prezidentim var. Sizin və şanlı Ordumuzun sayəsində müqəddəs Bayrağımız Qarabağda dalğalanır, Vətənimizin adı, xoş sorağı dünyaya yayılmışdır. Bütün bunlar xalqımızın qürur mənbəyi, fəxarət ünvanıdır.

Allah Azərbaycanımızı və Sizi qorusun. Torpağına qurban olum Vətənim!

Hörmətlə,

Taleh Musayev

Azərbaycan Respublikası, Şəki şəhəri.