Raidə Dərziyevadan, Rustavi, Gürcüstan
Hörmətli cənab Prezident,
Öz ölkəsinin sərhədlərindən kənarda, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına göstərilən diqqət və qayğı hər birimizi qürurlandırır və qəlbən sevindirir.
Bu il 5-7 iyun tarixlərində, Azərbaycan vətəndaşı olan soydaşlarımıza sənədləşmə işləri ilə bağlı yerində operativ dəstək göstərən ASAN xidmət əməkdaşlarının fəaliyyəti Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının növbəti bariz nümunəsidir. Bu mühüm layihənin həyata keçirilməsinə görə, ilk növbədə Sizə və əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk.
Harada yaşamasından və hansı şəraitdə olmasından asılı olmayaraq, bütün vətəndaşlarının yanında olan Azərbaycan dövlətinin bu diqqət və qayğısını yüksək qiymətləndiririk.
Hörmətlə,
Raidə Dərziyeva,
Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin rəhbəri
Gürcüstan, Rustavi şəhəri.