08 iyun 2026, 17:00

Rayon ağsaqqalları adından, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin uzaqgörən rəhbərliyinizlə həyata keçirilən enerji siyasəti nəticəsində ölkəmiz qlobal enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan etibarlı tərəfdaşa, enerji ixracatçısına çevrilmişdir. Əminik ki, beynəlxalq enerji əməkdaşlığına mühüm töhfə verən, aparıcı sənaye tədbirlərindən biri olan Bakı Enerji Həftəsi ölkəmizin enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına, Azərbaycanın yaşıl enerji potensialının beynəlxalq ictimaiyyətə çatdırılmasına imkan yaradacaqdır.

Cənab Prezident, dövlətimizin hərtərəfli inkişafı, xalqımızın firavan yaşayışı naminə həyata keçirdiyiniz məqsədyönlü və davamlı siyasət hər bir vətəndaşı sevindirir. Bu ali fəaliyyətinizdə Sizə uğurlar, uzun ömür və möhkəm cansağlığı arzulayıram.

Göygöl rayon ağsaqqalları adından hörmətlə,

Ələddin Qurbanov

Azərbaycan Respublikası, Göygöl şəhəri.