İlham Əliyevin adından Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir

08 fevral 2013, 23:10
İlham Əliyevin adından Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir

Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Serbiya Prezidentini və nümayəndə heyətini bir daha Bakıda salamlayan Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirdi. 2011-ci illə müqayisədə 2012-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Serbiyaya sərmayə qoyuluşunda yaxından iştirak edir və bu fəaliyyət iqtisadi əlaqələrin inkişafından xəbər verir.

Bu səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafına zəmin yaratdığını deyən Prezident İlham Əliyev Serbiya-Azərbaycan mədəni və humanitar əlaqələrinin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkələrimiz, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir.

Beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində mövqelərimizin üst-üstə düşdüyünü vurğulayan Prezident İlham ƏLİYEV dedi:

- Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır. Lakin regionun ən ağrılı problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

X X X

Yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Serbiya dövlətinin başçısı Tomislav Nikoliç bu səfərin ölkələrimiz arasındakı münasibətlərin bütün sahələrdə dərinləşməsinə xidmət etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunan Tomislav Nikoliç qeyd etdi ki, Serbiya və Azərbaycanı xalqlarımız arasında olan yaxın əlaqələrin tarixi və strateji tərəfdaşlığa bağlılıq birləşdirir.

Serbiya dövlətinin başçısı ölkələrimiz arasında mədəni, elmi və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini bildirdi. Serbiyanın Azərbaycan ilə dialoq və əməkdaşlığın inkişaf etdirilməsində hər zaman maraqlı olduğunu qeyd edən Prezident Tomislav NİKOLİÇ dedı:

- Təmsil etdiyim ölkə üçün Azərbaycan dövlətlərimizin ərazi bütövlüyü məsələsində bizimlə eyni mövqeni paylaşan, son dərəcə vacib və yaxın bir tərəfdaşdır. Azərbaycan kimi Serbiya da çətinliklərlə üz-üzə gəlməkdədir və bu çətinliklərə, habelə bölgəmizdə yerləşən bütün ölkələrə ardıcıl, konstruktiv, adekvat və dostyana tərzdə yanaşmağa çalışır. Digər dövlətlər kimi biz də ölkəmizin ərazi bütövlüyünü, ləyaqətini və qanunlarını təhlükə altına qoya bilmərik. Buna baxmayaraq, biz yenə də dialoqun aparılmasına və bölgəmizdə hazırda mövcud olan ziddiyyətlərin ən mükəmməl və düzgün üsullarla həll olunmasına tam hazırıq.

Serbiya Prezidenti əmin olduğunu bildirdi ki, xalqlarımız və ölkələrimiz arasında qurulan münasibətlər qarşılıqlı anlaşma və dəstəyin davamlı təkmilləşməsinin nümunəsi olaraq qalacaqdır. 

gallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20
SƏNƏDLƏR Sərəncamlar 05 iyun 2025
15:08
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkilinin və keçirilməsinin təmin edilməsi məqsədilə qərara alıram:   ...

05 iyun 2025, 15:08
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 04 iyun 2025
21:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını...

04 iyun 2025, 21:42