İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur

16 sentyabr 2010, 17:15
İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur

İstanbulda, “Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.

Görüşdə dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdilər. Qeyd olundu ki, gələcəkdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin böyük perspektivləri vardır.

Dövlət başçıları bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edərək bildirdilər ki, Azərbaycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əməkdaşlığı gələcəkdə də faydalı olacaqdır.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55