05 iyun 2026, 16:00

Dünyavi Məmmədovadan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizə, WUF13 tədbirinin uğurla başa çatması ilə bağlı minnətdarlığımı bildirmək istərdim. Təxminən 60 min iştirakçının rekord sayı ilə WUF13-ün tarixə ən böyük Ümumdünya Şəhərsalma Forumu Sessiyası kimi düşməsi bizi vətəndaş olaraq qürurlandırır. Ölkəmiz bu cür möhtəşəm tədbirlərə yüksək səviyyədə ev sahibliyi edərək öz beynəlxalq nüfuzunu möhkəmləndirir, etimad hissini daha da artırır. Xüsusilə qeyd etmək istərdim ki, Sizin açılış mərasimindəki dərin məzmunlu çıxışınız həm Azərbaycanın dünya memarlığına verdiyi töhfələrin təbliği baxımından, həm də ölkəmizdə reallaşan müasir şəhərsalma siyasətinin tanıdılması baxımından əlamətdar oldu. Əminəm ki, çıxışınızı hər kəs böyük maraqla və heyranlıqla dinlədi.

Cənab Prezident, dövlətimizin inkişafı, xalqımızın firavan yaşayışı naminə Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm.

Allah Sizi və xalqımızı qorusun!

Dərin hörmətlə,

Dünyavi Məmmədova

Azərbaycan Respublikası, Göygöl şəhəri.