04 iyun 2026, 13:40

Samir Kərimovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının inkişafı, xalqımızın rifahının yüksəldilməsi və dövlətimizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz məqsədyönlü siyasətə görə Sizə səmimi təşəkkürümü bildirir, xoş arzularımı çatdırıram.

Ölkəmizin iqtisadi, siyasi və strateji mövqeyinin gücləndirilməsi naminə gördüyünüz işlər, həyata keçirdiyiniz mühüm layihələr hər bir vətəndaş tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycan xalqı daim Sizə güvənir və Sizi dəstəkləyir.

Hörmətlə,

Samir Kərimov

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.