04 iyun 2026, 16:00

Rəşad Qəfərovdan, Şirvan, Azərbaycan

Cənab Prezident,

Sizin yürütdüyünüz uğurlu daxili və xarici siyasət daim Azərbaycanın inkişafına xidmət edib. Xüsusən, COP29 və WUF13 kimi beynəlxalq tədbirlərinin Azərbaycanda keçirilməsi Sizin siyasi uğurunuz və qələbənizdir. Heç təsadüfi deyil ki, məhz Ümummilli Lider Heydər Əliyevin məşhur "Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikirlərini uğurlu siyasətiniz nəticəsində reallığa çevirmişiniz. Azərbaycanın qazandığı uğurlar bilavasitə Sizin siyasətiniz ilə bağlıdır.

Var olun, cənab Prezident!

Hörmətlə,

Rəşad Qəfərov

Azərbaycan Respublikası, Şirvan şəhəri.