03 iyun 2026, 18:10

Elnurə Tağıyevadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə əhalinin rifahının yüksəldilməsi, məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Xüsusilə, özünüməşğulluq proqramı insanların əmək fəaliyyətinə cəlb olunması və gəlir imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Mən də bu proqramdan yararlanaraq dərzilik fəaliyyəti üçün zəruri avadanlıqlarla təmin olunmuşam. Göstərilən bu dəstək mənim peşə fəaliyyətimi qurmağıma, ailəmin rifahının yaxşılaşmasına əhəmiyyətli töhfə vermişdir.

Göstərilən diqqət və qayğiya görə Sizə dərin minnətdarlığımı bildirir, daim uğurlar arzulayıram.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tağıyeva Elnurə Rafiq qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.