03 iyun 2026, 18:45

Nəsimi Tarıverdiyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan xalqının rifahı Sizin üçün hər zaman önəmli məsələlərdən biri olmuşdur. Taleyüklü məsələlərin həllində, çətin günlərdə Siz hər zaman xalqın yanında olmusunuz.

“Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında” 28 aprel 2026-cı il tarixli Sərəncamınız və onun əlavəsində – Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında Abşeron rayonunun Masazır kəndinin adının da olması biz sakinlərə olan qayğınızın bariz nümunələrindən biridir.

Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Nəsimi Tarıverdiyev

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.