03 iyun 2026, 17:30

Namiq Əbilovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident!

Vaxtilə biz Qaradağ rayonunun Sahil qəsəbəsində məskunlaşmışdıq. Dövlətimiz tərəfindən qayğı ilə əhatə olunsaq da, doğma torpaq həsrəti içimizi göynədir, ürəyimiz yandırırdı. Lakin, bugünümüzə nəzər salanda qəlbimdə bir səs ucalır: “Dözməyə dəyərmiş!”

Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad olundu, Ağdam şəhəri yenidən qurulmağa başlandı və bu gün biz artıq öz doğma torpaqlarımızda yaşayırıq.

Müzəffər Ali Baş Komandan, ailələiklə doğma Ağdam şəhərinə köçürüldüyümüz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Allah Sizi qorusun.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Namiq Əbilov

Azərbaycan Respublikası, Ağdam şəhəri.