03 iyun 2026, 16:04
Keçmiş məcburi köçkündən, Zəngilan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Müqəddəs Qarabağ torpağımız Sizin uzaqgörən siyasətiniz, rəhbərliyiniz və Ordumuzun şücaəti nəticəsində düşmən tapdağından azad olundu. 30 ilə yaxın məcburi köçkün kimi yaşadıq. İndi isə bu ad üzərimizdən götürülmüşdür. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri sevincimizə sevinc qatır. Bir vaxtlar dağıdılan doğma el-obalarımız indi daha gözəl görkəm almaqdadır.
Biz ailəliklə Qaradağ rayonunun Sahil qəsəbəsindən Zəngilan şəhərinə köçdük və evlə təmin olunduq. Sizin sayənizdə doğma torpaqlarımıza qovuşduq.
Sizə sonsuz minnətdarıq.
Hörmətlə,
Zamir İsmayılov
Azərbaycan Respublikası, Zəngilan şəhəri.