03 iyun 2026, 15:00
Nicat Heydərovdan, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurlar hər bir vətənpərvər azərbaycanlıda haqlı olaraq qürur və fəxarət, gələcəyə inam və güvən hissi yaradır.
Doğma Odlar Yurdunun inkişafı, xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin güclənməsi, ölkəmizin beynəlxalq nüfuzunun və reytinqinin artırılması istiqamətində gördüyünüz böyük və misilsiz işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizə “çox sağ olun!” deyir, şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Hörmətlə,
Nicat Heydərov
Azərbaycan Respublikası, Ağdaş rayonu.