03 iyun 2026, 13:50

İlkin Cəfərzadədən, Bursa, Türkiyə

Hörmətli cənab Prezident İlham Əliyev,

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün uğurla davam etdirilməsi gənclərin inkişafına böyük töhfə verir. Türkiyədə təhsil alan və müxtəlif layihələrdə iştirak edən bir Azərbaycan gənci olaraq yaradılan imkanlardan çox məmnunam.

Azərbaycanın ümumi inkişafına verdiyiniz çox dəyərli töhfələrə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram.

Fəxr edirəm ki, Azərbaycanlıyam. Vətənimə daim sədaqətlə xidmət edəcəyəm.

Hörmətlə,

İlkin Cəfərzadə

Türkiyə Respublikası, Bursa şəhəri.