02 iyun 2026, 19:00

Aişə Əzizdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin göstərişinizlə Şirvan şəhərində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri sakinlərimiz tərəfindən böyük sevinclə və razılıq hissi qarşılanır. Xüsusilə şəhərimizdəki çoxmənzilli yaşayış binalarının dam örtüklərinin yenilənməsi həm binaların memarlıq görkəmini müasirləşdirmiş, həm də sakinlər üçün tam rahatlıq yaratmışdır. Şəhərsalma qaydalarına və müasir çalarlara uyğun olaraq küçələrin və binaların təmir edilməsi Şirvana verdiyiniz xüsusi önəmin bariz nümunəsidir.

Əziz Prezidentimiz, ümumilikdə ölkə vətəndaşlarına göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə təşəkkür edirəm.

Hörmətlə,

Aişə Əziz

Azərbaycan Respublikası, Şirvan şəhəri.