02 iyun 2026, 17:55

Sevgi Məmmədovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən, Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin II kurs tələbəsi olaraq, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə uğurla keçirilməsi münasibətilə Sizə dərin minnətdarlığımı bildirir, xoş diləklərimi yetirirəm.

Bu mötəbər tədbir Azərbaycanın gücünü, xalqımızın qonaqpərvərliyini və dövlətimizin inkişafını bütün dünyaya bir daha yaxından nümayiş etdirdi. Vətənimizin beynəlxalq nüfuzunun, müsbət imicinin daha da yüksəlməsi hər bir gənc kimi məni qürurlandırır.

Yaşasın müzəffər Ali Baş Komandan!

Yaşasın şanlı Azərbaycan!

Hörmətlə,

Sevgi Məmmədova

Azərbaycan Respublikası, Gəncə şəhəri.