Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

02 iyun 2026, 18:06

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə Banqladeş xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Bu əlamətdar gün Azərbaycan xalqının qətiyyətinin, mətanətinin və milli ruhunun qürurverici sübutudur. İllər ərzində Azərbaycan Sizin bacarıqlı rəhbərliyinizlə sosial-iqtisadi tərəqqiyə nail olmaq və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirmək istiqamətində mühüm nailiyyətlər qazanıb.

Banqladeş Azərbaycanla qarşılıqlı hörmətə və sülh, sabitlik, rifahla bağlı ortaq istəklərə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimiz arasında sıx dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcək və genişlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Məhəmməd Şahabuddin

Banqladeş Xalq Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55