02 iyun 2026, 17:00

Qarabağ Universitetinin tələbəsindən, Xankəndi, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Qarabağ Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbəyəm. Biz gənclərə yaradılan əlverişli təhsil şəraitinə, müasir tədris imkanlarına və ölkəmizin gələcəyi üçün göstərilən diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Qarabağın dirçəlişi və burada elm-təhsil mühitinin formalaşması bizim üçün böyük qürur mənbəyidir. Biz, beynəlxalq münasibətlər sahəsində savadlı mütəxəssislər kimi yetişərək Vətənimizə layiqli xidmət etməyə hazırıq və bunun üçün həvəslə oxuyuruq.

Ölkəmizin gələcək inkişaf yollarında Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Məcnun Əliyev

Azərbaycan Respublikası, Xankəndi şəhəri.